Mənə təkrar zəng edin

Müraciət edin və mütəxəssisimiz ən qısa müddət ərzində Sizinlə əlaqə saxlayacaq

Müraciətiniz üçün təşəkkür edirik, mütəxəssisimiz ən qısa müddət ərzində Sizinlə əlaqə saxlayacaq

Hüquq 24 Xidməti haqqında

Sertifikat sahibinin geniş əhatəli suallar ilə müraciət etmək imkanı var: avtomobil yollarında hüquqi yardımdan tutmuş əmək və ailə qanunvericiliyinə dair pozuntuların profilaktikasınadək, mənzil qanunvericiliyindən tutmuş daşınmaz əmlakla bağlı əməliyyatlaradək.

Hüquqi xidmətlər, sahibkarlıq fəaliyyəti istisna olmaqla, fasiləsiz olaraq Azərbaycan Respublikası qanunvericiliyinin bütün sahələri üzrə həyata keçirilir.

Müştəriyə aşağıdakı xidmətlərdən istifadə etmək imkanı verilir:
(088) 800 23 23 pulsuz telefon xətti vasitəsilə hüquqi xidmətlər
Danışıqlar zamanı yardım
Müştərinin şəxsi kabinetinə fasiləsiz daxil olmaq imkanı
Yazılı hüquqi xidmətlər
Keyfiyyətə nəzarət və müştəri xidmətləri
Hüquqşünasın zəngi
Danışıqları hüquqşünasa etibar et xidməti
Müştərilərimizin hüquqi pozuntulardan müdafiə olunması yolları
Telefon ilə şifahi hüquqi xidmət
Sizin hüquqi sualınız yaranıb? O zaman bu xidmət sizin üçündür. Harada olmağınızdan asılı olmayaraq: işdə və ya evdə, - «Avropa Hüquq Xidməti»-nin əməkdaşları gün ərzində 24 saat və ildə 365 gün telefon bağlantısı ilə sizin istənilən sualınıza cavab verməyə hazırdır.
Yazılı hüquqi xidmət
Yazılı hüquqi xidmətdən istifadə etmək üçün, bizim şirkətin elektron ünvanına sorğu göndərilməlidir və lazım olduğu halda müvafiq sənədlər də əlavə olunmalıdır. Qısa müddət ərzində sizin probleminizi ətraflı araşdıran mütəxəssisimizdən hüquqi məsləhət alacaqsınız. Verilmiş xülasəyə əsasən, Sizə tövsiyyə olunan növbəti addımların ardıcıllığına dair təkliflər veriləcək və bu da məktubda öz əksini tapacaq. Bu məsələyə dair qanunvericilik aktlarıda əlavə edilir.
Danışıqları hüquqşünasa etibar et xidməti
Bəzən dövlət orqanlarının nümayəndələri ilə bir birinizi düzgün anlamadıqda bu artıq sərf edilmiş əsəb və xərc ilə yekunlaşır. Biz, daima dövlət orqanları ilə qarşılıqlı əlaqə saxlayaraq müştərilərimizi danışıqların ən yaxşı nəticəsi ilə sevindiririk. Bu xidmət sizi danışıqlar aparmaqdan və artıq vaxt sərf etməkdən azad edir. Sadəcə olaraq: «Mənim Hüquqşünasım ilə danışın» kəlməsini söyləyin.
Standart sənədlərin və onların tərtib edilməsi üzrə təlimatların verilməsi
Gündəlik həyatımızda biz tez-tez hüquqi münasibətlərin yazılı formada tərtibinin zəruriliyi ilə rastlaşırıq. Üstəlik onların məzmununu aydınlaşdırmaq çox vaxt asan olmur. Bu xidmət imkan verir ki, bütün bu çoxçeşidlilikdən Sizə yarayan və mülki qanunvericiliyin tələblərinə uyğun gələn ən yaxşısını seçəsiniz.
Sənədin şifahi şəkildə hüquqi izahı
Sənədin, müqavilənin, ərizənin məzmununu, tətbiq etmə imkanı baxımından qiymətləndirmək və müəyyən düzəlişlər etmək lazım olduğu hallarda, bu xidmətsiz keçinmək mümkün deyil. Sənədin müxtəlif müddəalarının hansı nəticələrə gətirib çıxaracağını anlayaraq, hüquqşünas müqavilənin konkret bir bəndinin ifadə olunması ilə bağlı tövsiyə edə və hüquqi nəticələri göstərə bilər
Müştərilərin Rəyləri
Qaydalar
Xidmətdən necə istifadə etmək olar

Sertifikat, satış nöqtəsində alındıqdan dərhal sonra avtomatik olaraq aktivləşdirilir. Sertifikatın növündən asılı olaraq 3 (üç) ay, 6 (altı) ay və ya 1 (bir) il müddətində etibarlıdır.

  • (088) 800 23 23 nömrəsinə zəng etmək
  • Sertifikatın nömrəsini və şəxsi giriş kodunuzu bildirmək
  • Yüksək səviyyəli hüquqi xidmət əldə etmək
Ən çox verilən suallar

Böhrana və ya İxtisara görə işdən çıxarırlar. Öz maraqlarınızı müdafiə etmək, kompensasiya və işsizlik müavinəti olmadan pulsuz qalmamaq üçün nə etmək olar?

Poliklinikada pulsuz göstərilməli olan tibbi xidmətlərə görə ödəniş tələb edirlər. Haqlı olduğunuzu necə sübut etmək olar? Pulsuz tibbi xidmət almaq hüququna malik olduğunuzu necə əsaslandırmaq olar?

Hava limanında baqajın itirilməsi və ya gecikdirilməsi ilə üzləşmisiniz? Kompensasiyanın verilməsinə necə nail olmaq olar?

Sığorta şirkəti anlaşılmayan səbəblərə görə ödəniş etməkdən imtina edir və ya az ödəniş edib. Sizə düşən ödənişlərin edilməsinə necə nail olmaq olar?

Mənzil alırsınız/satırsınız. Dələduzların qurbanı olmamaq, gələcəkdə Sizdən artıq ödənişi edilmiş mənzili geri qaytarmağınızı tələb edəcək gizli varislərin ortaya çıxacağı “fırıldaq mənzili” almamaq üçün nə etmək olar?

Sizi DYP əməkdaşı saxlayıb və qaydanı pozduğunuzu iddia edir. Siz razı deyilsiniz, lakin Sizin fikirlərinizlə razılaşmır, çünki Siz bu sahənin mütəxəssisi deyilsiniz. Öz mövqeyinizi necə əsaslandırmaq olar? Özünüzü necə müdafiə edə bilərsiniz?

Dövlət orqanlarında Sizin müraciətinizin baxılmasını gecikdirirlər, müxtəlif bəhanələr gətirirlər

Aldığınız məhsulu necə geri qaytarmaq və kompensasiya almaq olar? Prosesi necə tezləşdirmək və aldanmamaq olar?

Müştərilərin rəyləri
İlkin Həsənov
Salam! Bu yaxınlarda hüquqi yardıma ehtiyac yarandı və mən öz sertifikatımdan istifadə etdim. Mənə, sağlamlıq vəziyyətim ilə əlaqədar, pulsuz dərmanlar verilməlidir. Mən növbəti dəfə poliklinikaya gedəndə, həkim mənə bildirdi ki, belə dərmanları yoxdur, yəni get və pulla al. Mən hüquqşünasa zəng etdim və addımbaaddım təlimat aldım – hara getmək, hara yazmaq, hansı tələbləri və şikayətləri etmək lazımdır və s. Nəticədə mən öz dərmanlarımı aldım və məndən üzr istədilər. Sizə təşəkkür edirəm! İndi “Avropa Hüquq Xidməti”-nin müştəri kartını həmişə özümlə gəzdirirəm.
Vaqif Cəbrayılov
Bu yaxınlarda, bankda hüquqi xidmət göstərilməsi ilə bağlı bir sertifikat gördüm. Maraq üçün sınamağa qərar verdim. DYP əməkdaşı məni saxladıqdan sonra, pullarımla artıq vidalaşmışdım, amma məlum oldu ki, sertifikat həqiqətən də işləyir.Mənə 50 AZN qənaət etməyə və sürücülük vəsiqəmi itirməməyə kömək etdilər. İnspektor telefonda sizin şirkətin hüquqşünasının mənə dediklərini eşitdikdən sonra, ilk növbədə soruşdu: “Bu nə idi belə?”. Mən ona izah etdikdən sonra, o sadəcə olaraq mənim sənədlərimi qaytardı və uğurlu yol arzuladı.
Fariz Əmirov
Bu günlərdə, Hüquq24 sertifikatından istifadə etdim. Hüquqşünasa zəng etdim və başıma gələn hadisə haqqında ona danışdım. Mən inana bilmirdim ki, belə qısa vaxt ərzində hüquqşünasdan bu cür keyfiyyətli xidmət əldə edəcəm. Bu isə mənim əhvalatımdır. Uzun müddət keçdikdən sonra, dostlarımızla birgə istirahət günlərini birlikdə keçirməyə qərar verdik. Dostlarım başqa şəhərlərdə yaşadıqlarına görə birgə görüşmək bizim üçün böyük bir hadisədir. Biz hamımız birlikdə stadionda futbola baxmağa qərar verdik. Mən hamı üçün əvvəlcədən bilet almağa getdim ki,sonra biz buna vaxt itirməyək və görüş zamanı birbaşa futbola gedək.Kassaya yaxınlaşanda mənə dedilər ki, biletləri əvvəlcədən almaq olmaz. Mən xəzinədardan xahiş etməyə, onunla mübahisə etməyə başladım, lakin bütün cəhtlərim nəticəsiz qaldı.Bu zaman mənim yadıma Hüquq24 sertifikatı düşdü və mən sizə zəng etməyə qərar verdim. Nəticədə, cəmi bir neçə dəqiqədən sonra bilətlər artıq məndə idi. Xidmətə və xəzinədar ilə danışıqlara görə Avropa Hüquq Xidmətinə minnətdarlığımı bildirirəm.
Rəna Məmmədova
Salam! Mən sizə o qədər minnətdaram ki! Mənim təyyarə reysim bir neçə saat gecikmişdir və bildiyim qədər, belə hallarda gözləyən sərnişinlər yemək və hətta otel nömrəsi ilə təmin olunmalıdırlar. Lakin Hava Limanının işçilərindən kömək almaq istəyəndə,onlar heç bir tədbir görmürdülər. Mən Avropa Hüquq Xidmətinə müraciət etdim. Görəsən nə üçün bu haqda daha əvvəl düşünməmişdim? Mən gərək dərhal sizə zəng edərdim.Hüquqşünas hansı hərəkətləri həyata kecirməyimi mənə izah etdi. Ən qısa zamanda məni yemək və otel nömrəsi ilə təmin etdilər. Göstərdiyiniz yüksək səviyyəli xidmətə və xoş münasibətə görə sizə təşəkkür edirəm!